Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş - FOTO

İyulun 4-ü Ağdam rayonunun Xaçındərbənd kəndində ata və 2 övladının su anbarında boğularaq öldüyü hadisənin təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, vəfat edən şəxslərin yaxınları hadisə zamanı 41 yaşlı Şərif İsgəndərov və övladlarının su anbarına çimmək məqsədilə getmədiklərini bildiriblər.
Belə ki, Ş.İsgəndərovun 2008-ci il təvəllüdlü oğlu Tunar və 2009-cu il təvəllüdlü qızı Fidan bu il orta məktəbi bitiriblər. Onlar iyulun 5-i II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etməli imiş. Bu səbəbdən Şərif İsgəndərov ailə üzvlərini yaşadıqları Bərdə rayonundan doğulduğu Ağdamın Xaçındərbənd kəndinə aparıb. Məqsəd isə uşaqların imtahanqabağı istirahətini təşkil etmək, doğma kəndi ziyarət etmək olub.
Bu əsnada onlar kənd ərazisində yerləşən Xaçınçay su anbarının kənarına gəliblər və foto çəkdirməyə başlayıblar. Həmin zaman Şərifin 12 yaşlı oğlu büdrəyərək su anbarına yıxılıb. Atası dərhal lilli su hövzəsinə özünü ataraq övladını xilas edib və onu anbardan qaldıraraq anasına ötürə bilib. Lakin Ş.İsgəndərov yorulduğundan təngnəfəs olub və ətrafı beton örtüklü olan su anbarından çıxa bilməyib. Bunu görən qızı Fidan özünü suya ataraq atasına kömək etməyə çalışıb. Lakin o da istəyinə müvəffəq ola bilməyib. Yaxınlıqda olan Tunar bacısı ilə atasının boğulmaq üzrə olduğunu görərək tez özünü çatdırıb və anbara enib. Lakin o da dibi lillə örtülü olan su hövzəsindən xilas ola bilməyib.
Bildirilir ki, hadisə vaxtı uşaqların anasının səsinə yaxınlıqdakı şəxslər gəlib. Onlar qadının özünü su anbarına atmasına imkan verməyiblər.
Qeyd edək ki, Şərif İsgəndərov uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb. Onun atası Cəmşəddin İsgəndərov da hüquq-mühafizə orqanlarının əməkdaşı olub və Birinci Qarabağ müharibəsində - 1993-cü ildə Ağdamın müdafiəsi zamanı qəhrəmancasına şəhid olub.
Fotoda: Şəhid Cəmşəddin İsgəndərov

Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












