Atasını öldürən yeniyetmə meyiti anası və qardaşı ilə birgə çaya atdı

Şəki Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 2008-ci il təvəllüdlü C.Bayramovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmünə əsasən C.Bayramov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 22 dekabr 2023-cü il tarixdə saat 16-17 radələrində Balakən rayonu ərazisində qeydə alınıb.
Belə ki, C.Bayramov atası, 1975-ci il təvəllüdlü Qəhrəman Bayramovu ailə münaqişəsi zəminində balta ilə vuraraq öldürüb.
Daha sonra C.Bayramov saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
C.Bayramov məhkəmə ifadəsində bildirib ki, hadisə zamanı atasının əlinə bıçaq götürüb, anasının boğazına dirədiyini görüb. Atasının anasını öldürəcəyindən qorxaraq qonaq otağına qoyduğu baltanı götürüb, anasını xilas eləmək üçün Qəhrəman Bayramova arxa tərəfdən yaxınlaşıb, onun başının arxasından vurub. Atası arxası üstə yerə yıxıldıqda anası qorxub. Onu atasından uzaqlaşdırmağa çalışsa da, C.Bayramov əlindəki balta ilə atasının sifətinin əvvəlcə sağ, daha sonra sol tərəfindən zərbələr endirib. Bundan sonra anasına polisə təslim olmağa gedəcəyini bildirdikdə, qadın buna imkan verməyib və təslim olduğu təqdirdə özünü öldürəcəyini söyləyib.
C.Bayramovun sözlərinə görə, anası qardaşına zəng edərək evə çağırıb. Sonra gecə onlar birlikdə Qəhrəman Bayramovun meyitini rayonun İsaxlıgirmə kəndindəki körpüdən çaya atıblar. Daha sonra onlar qohumlarına Qəhrəmanın evdən çıxaraq getdiklərini bildiriblər.
Xatırladaq ki, Qəhrəman Bayramov cinayət əməlinə görə məhkumluq həyatı yaşayıb. O, hadisədən bir-neçə gün əvvəl həbsxanadan azadlığa çıxıbmış.
Bakıda şok hadisə: Nəhəng ilanla taksiyə minmək istədi - VİDEO
ADMİU-da birinci kurs tələbələrinə qarşı zorakılıq: Rəhbərlik hərəkətə keçdi – VİDEO
Bakıda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Qumbara partlayışı nəticəsində ölən Xədicə idmançı imiş - FOTO
Etibarnamə ilə maşın aldı, başına iş gəldi
Partlayan təkər 2 nəfəri öldürdü
Qusarda ƏMƏLİYYAT: Kəsici alətlə ictimai qaydaları pozan şəxs SAXLANILDI
Məşhurların olduğu təyyarə TƏCİLİ ENİŞ ETDİ
Ermənistan rəhbəri İkinci Qarabağ müharibəsində ölənlərin sayını bilmirmi?
Yasamalda maşın yandı; polislər söndürdü - VİDEO
Bakıda infarkt keçirən vətəndaşa belə kömək etdilər – VİDEO - YENİLƏNİB











