Aviaşirkət rəhbəri kerosinin bahalaşmasını arzulayır

Yaxın Şərqdəki gərginlik qlobal aviasiya sektorunda ciddi gəlir itkiləri ilə nəticələnir. Yanacağın bahalaşması daşıyıcıların gəlirlərinin azalmasına səbəb olur.
Avtosfer.az xəbər verir ki, kiçik aviadaşıyıcılar zərərlə işləyir. Yanacaq qiymətləri yüksək səviyyədə qalarsa, yaxın dövrdə sektorda müflisolmaların artımı gözləniləndir.
Neftin qiyməti artmağa davam edərsə 2027-ci ilin yayında aviabiletlərin 10-20 faiz bahalaşması qaçınılmaz olacaq. Bu iddia ilə “Ryan Air” aviaşirkətinin baş direktoru Maykl O’Liri çıxış edib. Baş direktor bildirib ki, şirkət əlavə yığımlar həyata keçirməyəcək. Bununla belə, rəqiblər yanacaq xərclərini sərnişinlərin üzərinə qoya bilər.
“Çox ümid edirəm ki, gələn il kerosin daha sürətlə bahalaşacaq. Bu da digər aviaşirkətlərin müflisləşməsinə səbəb olacaq. Müflisləşmə zərərlə işləyən avropalı aviadaşıyıcıların 4 böyük oyunçu - “British Airways”, “Lufthansa”, “Air France” və “Ryanair” ətrafında birləşməsini sürətləndirəcək” - O’Liri bildirib.
Yanacaq qiymətlərinin bahalaşması digər şirkətlərə də təsirsiz ötüşmür. “Lufthansa”nın xalis mənfəəti 2-ci rübdə 88 faiz azalaraq 123 milyon avroya enib. Hesabat dövründə əməliyyat gəlirləri 56 faiz geriləyərək 383 milyon avro təşkil edib. Gəlirlərin azalmasına səbəb kimi pilotların tətili və Hörmüz boğazındakı gərginlik göstərilir.
Vüqar
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












