Avstraliyanın Nyukasl şəhərində avtomobil izdihama çırpıldı

Avstraliyanın Nyukasl şəhərində avtomobil azarkeşlərin üzərinə sürülüb, 10 nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "SBS News" məlumat yayıb.
Qəza təxminən saat 9:30-da (Bakı vaxtı ilə 03:30-da) Uolsend rayonunda, azarkeşlərin final matçından əvvəl "Nyukasl Nayts" reqbi komandasını yola salmaq üçün yol kənarına toplaşdığı yerdə baş verib. Avtomobilin insanları vurmasından sonra hadisə yerinə on təcili tibbi yardım maşını və üç helikopter gəlib.
Yeni Cənubi Uels ştatının Təcili Tibbi Yardım Xidməti on nəfərin xəsarət aldığını təsdiqləyib. Məlumata görə, 5 yaşlı qız və 67 yaşlı kişinin vəziyyəti kritikdir.
Yeni Cənubi Uelsin Baş naziri Kris Minns baş verənləri "ürəkağrıdıcı" adlandırıb. "Komandalarını finala yola salan azarkeşlərin belə dəhşətli hadisəyə məruz qaldığını görmək ürəkağrıdıcıdır", - o bildirib.
"Nyukasl Nayts"dan bildirilib ki, "böyük insident" səbəbindən komandanın avtobusu planlaşdırılmış marşrutdan kənara çıxıb.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












