Avtomobil aldığı satıcını öldürüb intihar etdi

Kayseridə avtomobil aldığı satıcını öldürən zərgər intihar edib.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, hadisə axşam saat 22:00 radələrində Kayserinin Kocasinan səmtindəki Sahabiyə məhəlləsindəki otelin foyesində baş verib. Qalereya sahibi Mahmut Akif Özkaya (26) ilə zərgər Mustafa Körükcü (36) arasında başlayan mübahisə qısa müddətdə davaya çevrilib.
Mustafa Körükcü üzərində gəzdirdiyi silahla Mahmud Akif Özkayaya atəş açıb. Körükcü daha sonra silahı başına dayayıb və tətiyi çəkib. Məlumat verildikdən sonra hadisə yerinə polis və təcili tibb yardım qrupları göndərilib. İlk müayinələr zamanı həkimlər Körükcü və Özkayanın öldüyünü müəyyən ediblər. Onların meyitləri incələnmə üçün tibbi ekspertizaya göndərilib.
Araşdırma zamanı məlum olub ki, mübahisəyə səbəb qalereya sahibi Özkayanın Körükcüyə avtomobil satdıqdan sonra qalan borcunu istəməsi olub.
Hadisə ilə bağlı başladılan istintaq davam edir.
(sonxeber.az)
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












