Avtomobil ehtiyat hissələri mağazasından oğurluğa cəhd edən şəxslər saxlanılıblar

Avtomobil ehtiyat hissələrinin satıldığı mağazadan oğurluq edilməsinin qarşısı alınıb.
Avtosfer.az-ın məlumatına görə, paytaxtın Nizami rayonunda yerləşən avtomobil ehtiyat hissələrinin satıldığı mağazaların birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb.
Aprelin 10-u saat 02:26-da xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Əraziyə gələn Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları obyektə baxış keçirən zaman şübhəli şəxslərin obyektin pəncərəsindən tullanaraq qaçmağa cəhd göstərdiklərini aşkar ediblər.
Onlar polis əməkdaşlarının çevikliyi nəticəsində saxlanılıblar. Aparılan araşdırma zamanı oğurluğa cəhd edən şəxslərin 24 yaşlı H.Musayev və 22 yaşlı Ü.Əlizadə olduqları müəyyən edilib.
Ərazi üzrə müvafiq polis şöbəsinə təhvil verilən həmin şəxslərin digər analoji cinayətlər törədib-törətmədiklərinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












