Avtomobil park etmə davası faciə ilə bitdi: ata öldü, qızı yaralandı

Adananın Yüreğir rayonunun 19 Mayıs məhəlləsində dəhşətli hadisə baş verib.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, 39 yaşlı Hasan Akgün ilə qonşusu D.Y. arasında avtomobil park etmə üstündə mübahisə düşüb. Qısa zamanda davaya çevrilən insident zamanı D.Y. odlu silahla atəş açıb.
Atəş nəticəsində Hasan Akgün və 14 yaşlı qızı A. Akgün yaralanıb. Başına və bədəninin müxtəlif nahiyələrinə 7 güllə dəyən ata ağır vəziyyətdə Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasına, ayağından yaralanan qızı isə Yüreğir Dövlət Xəstəxanasına aparılıb.
Həkimlər səylərinə baxmayaraq, Hasan Akgün həyatını xilas edə bilməyib. Qızı isə müalicədən sonra evə buraxılıb. Hadisə yerində zirehli polis maşınları ilə küçəyə giriş bağlanıb, parklanmış avtomobillərdən və ərazidən sübutlar toplanıb. Akgünün cəsədi Adana Ədli Tibb Qurumunun morquna qaldırılıb.
Hadisə ilə bağlı araşdırma aparan Cinayət Şöbəsinin əməkdaşları şübhəli D.Y.-ni saxlayıb.(sonxeber.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












