Qaçırdığı avtomobili söküb internetdə satışa çıxardı; cinayət işi açıldı - FOTOLAR

Qadına məxsus avtomobili oğurlayıb metal qəbulu məntəqəsində hissələrə ayırıb internetdə satan şəxsə cinayət işi açılıb.
Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Tver vilayətində baş verib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional qrupunun Telegram kanalında məlumat verilib.
Bildirilib ki, Maksatikha kəndinin 33 yaşlı sakini Revolyusionnaya küçəsindəki bir evin həyətində park edilmiş 56 yaşlı moskvalı qadına məxsus “Skoda Rapid” avtomobili oğurlayıb. Əvvəllər məhkum edilmiş şübhəli avtomobili daşımaq üçün evakuator icarəyə götürərək metal qəbulu məntəqəsinə aparıb. Avtomobilin hissələrini yavaş-yavaş sökən cinayətkar daha sonra onlayn satışa çıxarıb.
Zərərçəkənin şikayətindən sonra hərəkətə keçən polis əməkdaşları avtomobili və cinayətkarı aşkarlayıblar. Qadının ziyanı 12.926 manat qiymətləndirilib.
Oğurlanmış avtomobil müsadirə edilərək xüsusi dayanacağa yerləşdirilib.
Hazırda oğurluq maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.
Namiq Musayev


“Volkswagen”dən videoqeydiyyatçı və monitor oğurlanıb
Xırdalanda qəzaya səbəb olan kanalizasiya lyuku ilə bağlı TƏDBİR GÖRÜLƏCƏK - VİDEO - YENİLƏNİB
Azərbaycanda DƏHŞƏT: Hərbi qulluqçu tanışını öldürdü
Təyyarədə çay içməyin, hətta əllərinizi də yumayın: "Zəhərli" su ilə bağlı şok ARAŞDIRMA
Ağdərədə minaya düşən şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Dəmir yolunda qayda pozan şəxsi qatar vurub öldürdü
Masallıda 9 kq narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO
Gəncədə sürücülər arasında dava düşdü – Biri digərinin burnunu sındırdı
Bakıda taksi sürücüləri müştəri üstündə dava etdilər — TƏFƏRRÜAT
Şamaxıda zəlzələ olub
Suya düşən maşındakı insanları xilas edən polis əməkdaşı imiş – VİDEO - YENİLƏNİB











