Avtomobili tərk etmədən sürücüdən tibbi analiz götürən laboratoriya TƏQDİM OLUNDU

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin bələdiyyəsi testlərin birbaşa avtomobildən aparılmasına imkan verən sürüşmə sisteminə malik səyyar tibbi laboratoriyanı təqdim edib.
Avtosfer.az xarici mediaya istinadla xəbər verir ki, analizdən sonra müvafiq məlumatın ötürülməsi cəmi bir dəqiqə çəkəcək. Ən müasir laboratoriya Dubay bələdiyyəsinin innovativ həllərin tətbiqi və dövlət xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə strateji təşəbbüsünün bir hissəsidir.
Avtomobil laboratoriyasının xidmətlərindən dövlət və qeyri-hökumət təşkilatları, özəl şirkətlər, ekologiya, təhlükəsizlik və sağlamlıq sahəsində mütəxəssislər, habelə aerokosmik sənayenin nümayəndələri istifadə edə bilərlər.
Laboratoriyanın dizaynı zamanı yaşlılar və əlillər üçün əlçatanlığa xüsusi diqqət yetirilib. Effektiv sistem müştərilərə hətta pik vaxtlarda belə bir dəqiqədən az müddətdə xidmət göstərməyə imkan verir. Bundan əlavə, laboratoriyada test nəticələrinin verilməsi üçün xüsusi pəncərə var.
Müştəri xidməti beş dildə təqdim edilir ki, bu da onu Dubayın multikultural əhalisi üçün əlçatan edir.(avtosfer.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












