Avtomobilinə cərimə gəldi, qonşusunu öldürdü

Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Rzayevin cinayət işi üzrə məhkəmə istintaqı yenilənib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda hakim heyətində dəyişiklik edildiyi elan olunub və buna görə məhkəmə istintaqının yenidən başlanması qərara alınıb.
Cinayət işi daha əvvəl hakim Anar Sadıqovun icraatında olub. Anar Sadıqovun hakimlik fəaliyyətinə xitam verildiyi üçün iş Vüqar Seyidovun icraatına verilib.
Təqsirləndirilənin anket məlumatları dəqiqləşdirildikdən sonra iş məhkəmə baxışına verilib. Prokuror ittiham aktını elan edib.
Təqsirləndirilən şəxsə sərbəst ifadə vermək imkanı yaradılıb, lakin o, əvvəlki iclasda verdiyi ifadəsini təsdiqləyərək yenidən danışmaq istəməyib.
Məhkəmədə elan olunan ifadədən məlum olub ki, tərəflər arasında mübahisəyə səbəb Elşən Rzayevə məxsus avtomobili Bəyiş Quliyevin idarə edərkən qayda pozuntusuna yol verməsi və bu səbəbdən avtomobil sahibinin cərimələnməsi olub.
Bir neçə gün sonra tərəflər görüşərək yaranmış narazılığı həll etməyə çalışıblar, lakin mübahisə zamanı qarşı tərəf təqsirləndirilənə nalayiq ifadələr işlədib. Rzayevin sözlərinə görə, həmin vaxt o, əsəbiləşərək qonşusuna iki bıçaq zərbəsi vurub.
Yaralı Bəyiş Quliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məhkəmənin növbəti iclası noyabrın 12-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2024-cü ilin dekabrında Bakının Yasamal rayonu ərazisində baş verib. Paytaxt sakini Bəyiş Quliyev aldığı bıçaq xəsarətlərindən xəstəxanada ölüb. Hadisəni törətməkdə şübhəli bilinən qonşusu Elşən Rzayev saxlanılaraq istintaqa cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












