Avtomobilinə cərimə gəldi, qonşusunu öldürdü

Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Rzayevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə dövlət ittihamçısı çıxış edib. O, Elşən Rzayevin 14 il azadlıqdan məhrum edilməsini təklif edib.
Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən,Elşən Rzayev 13 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilənin məhkəmədəki ifadəsindən məlum olub ki,tərəflər arasindaki mübahisəyə səbəb Elşən Rzayeva məxsus avtomobili Bəyiş Quliyev idarə edərkən qayda pozuntusuna görə avtomobilin sahibinin cərimə olunması olub.Bundan bir necə gün sonra dostlar görüşüb aralarında yaranan mübahisəni həll etməyə çalışsalarda bu mümkün olmayıb.Teqdirlənfirilənin dediyinə görə qarşı tərəf ona nalayiq söyuş söydüyündən ona iki bıçaq zərbəsi vurub.
Yaralını yaxınlarıxəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mumkun olmayıb.
Qeyd edək ki,hadisə 2024-cü ilin dekabrında Bakının Yasamal rayonunun ərazisində qeydə alınıb.Paytaxt sakini Bəyiş Quliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb.Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu Elşən Rzayev saxlanilaraq istintaqa cəlb olunub.
Onun barəsində CM-nin 120.2 (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, Elşən Rzayev əvvəllərdə həbsdə olub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












