Avtomobillərdən və marketdən oğurluq etdi - Həbs olundu

Bakıda müxtəlif vaxtlarda avtomobillərdən pul və mobil telefon oğurlamaqda, həmçinin market kassasından pul götürməkdə təqsirləndirilən şəxs məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, ittihama görə, təqsirləndirilən şəxs 2025-ci ildə paytaxtın müxtəlif ərazilərində bir neçə oğurluq hadisəsi törədib. O, ilk epizodda Xırdalan ərazisində market qarşısında dayanmış avtomobilin salonundan mobil telefon, sim kart, simsiz qulaqcıq, 800 ABŞ dolları, 50 BƏƏ dirhəmi və digər əşyaları oğurlayıb. Nəticədə zərərçəkmiş şəxsə 2 188 manat 14 qəpik məbləğində maddi ziyan dəyib.
Digər epizodda isə o, Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən marketin qarşısında dayanmış avtomobildən "iPhone 14 Pro” markalı mobil telefon, danışıq nömrəsi və nağd pul oğurlayıb. Bu hadisə nəticəsində zərərçəkmişə 977 manat ziyan dəyib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs daha sonra Badamdar qəsəbəsində yerləşən marketlərdən birində kassaya qanunsuz daxil olaraq oradan 1 160 manat nağd pul götürüb.
Məhkəmədə ifadə verən market sahibi bildirib ki, kassanın açılma səsini eşitdikdən sonra mağazanın girişindən çıxan naməlum şəxsin arxasınca qaçsa da, onu saxlaya bilməyib. Daha sonra təhlükəsizlik kameralarının görüntülərinə baxarkən kassadan pul götürən şəxsin mağazaya mütəmadi gələn və yaxınlıqda kirayədə yaşayan Bayram adlı şəxs olduğunu müəyyən edib. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək bəzi epizodlarla bağlı məlumatının olmadığını desə də, məhkəmə toplanmış sübutları kifayət hesab edib. Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha əvvəl barəsində çıxarılmış hökm üzrə təyin olunmuş cəza ilə qismən toplama aparılaraq ona qəti olaraq 2 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Bakıda yaşayış binasında yanğın olub - VİDEO
Boşanmaq üzrə olduğu arvadına silahla atəş açdı - VİDEO
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO
DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO










