Azərbaycan vətəndaşı Gürcüstanda külli miqdarda narkotiklə yaxalanıb

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Mtsxeta-Mtianeti bölgəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat keçiriblər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində Patrul Polis İdarəsinin Mtsxeta-Mtianeti Baş İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşı - 1981-ci il təvəllüdlü E.A.-nı saxlayıblar. İstintaq materiallarına əsasən, saxlanılan şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməkdə, saxlamaqda və satışına şərait yaratmaqda ittiham olunur. Onun şəxsi və yaşadığı evə baxış zamanı 42 bükümdə "Metadon" adlı narkotik vasitə sübut kimi götürülüb. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin "a" bəndi və 260-cı maddəsinin 6-cı hissəsinin "a" bəndi ilə istintaq aparılır. Qanun bu əmələ görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












