Azərbaycanda aliment ödəməyən qadın məhkum edilib

Ağcabədi rayonunda uşaqlarına aliment verməyən qadın məsuliyyətə cəlb edilib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Zeynəb Məmmədova (adı və soyadı şərtidir) 2004-cü ildə əmisi nəvəsi ilə ailə qurub və birgə nikahdan 3 övladları dünyaya gəlib. 2019-cu ildə cütlük arasında mübahisə yaranıb və Z.Məmmədova azyaşlı övladlarını həyat yoldaşının yanında qoyub, evi tərk edərək atasının evinə gedib. Həyat yoldaşı isə boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə cütlük arasında nikahı ləğv edib, hər uşağa görə 150 manat olmaqla Z.Məmmədovaya aylıq 450 manat aliment təyin olunub. Amma buna baxmayaraq, Z.Məmmədova aliment ödəməkdən yayınıb.
Faktla bağlı cinayət işi başlanıb və iş Ağcabədi Rayon Məhkəməsinə verilib. Məhkəmənin qərarı ilə Z.Məmmədovaya 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












