Azərbaycanda iki nəfəri ilan sancdı

Şəkidə 54 yaşlı kişini ilan sancıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Aşağı Göynük kənd sakini 54 yaşlı Cəlil Səməd oğlu Zamanov yaşadığı evin həyətyanı sahəsində işləyərkən qəfildən onu sağ əlindən ilan sancıb.
C.Zamanov yaxınlarının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə aparılıb.
C.Zamanova lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub. Onun vəziyyəti ağır qiymətləndirilir, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.
Digər hadisə isə Ağsuda qeydə alınıb. Rayonun Curuxlu kəndində 2008-ci il təvəllüdlü Emin Heybet oğlu Eyyubovu ilan sancıb.
Təcili olaraq Rayon Mərkəzi Xəstəxanasına çatdırılan kənd sakininin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












