Azərbaycanda meyiti tapılan bloqerin ölümü ilə bağlı yeni DETALLAR - FOTO - YENİLƏNİB

Bloqer Nərmin Bəylər qızı İsgəndərovanın (Mehdiyevanın - red.) vəfatı ilə bağlı günahkar qismində adı hallanan "Mərcan Medicare" klinikasının baş həkimi Araz Ağayev iddialara cavab verib.

O, açıqlamasında bu fikirləri səsləndirib:
"2001-ci il təvəllüdlü İsgəndərova Nərmin Bəylər qızının 20.11.2024 tarixində bizim klinikada plastik cərrah Oruc Məmmədov tərəfindən əməliyyatı icra olunub. Xəstə əməliyyatdan bir neçə gün sonra kafi vəziyyətdə cərrah nəzarətində olmaqla ambulator müalicəyə yazılıb. Bundan sonra bir-iki dəfə sarğıya gəlib, hər hansı ciddi narahatlığının olduğu müşahidə edilməyib.
Sonralar xəstə təkrar müayinəyə və baxışa çağırılsa da, gəlməkdən imtina edib. Mətbuatda adı gedən Nurlan Həsənli Rusiyada tibb təhsili alıb, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikamızda həkim köməkçisi kimi fəaliyyət göstərir".
Baş həkim qeyd edib ki, "Mərcan Medicare" klinikasının İqtisadiyyat Nazirliyinin 23 noyabr 2021 tarixli in/l-470/2021 nömrəli qeydiyyat nömrəsi ilə verilmiş lisenziyasına əsasən "plastik cərrahiyyə" fəaliyyəti ilə məşğul olmağa icazəsi var:
"Həmçinin, adıçəkilən tibb işçilərinin Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq fəaliyyəti davam edir.
Onu da qeyd edim ki, N.İsgəndərova bizim klinikamızda deyil, bir aydan sonra naməlum səbəbdən vəfat edib".
Baş həkim əməliyyata görə bloqerin 5 000 manat ödəniş etməsi ilə bağlı səslənən fikirlərin yanlış olduğunu deyib:
"Min neçə manatsa pul verilib, çeklərə baxmaq lazımdır. Beş min manat ödəniş olmayıb. Yarasından irin gəlməsi ilə bağlı onu deyə bilərəm ki, bu barədə həkimə müraciət edilməlidir. Lap deyək ki, həkim cavab vermir, klinikaya gəlmək lazımdır. İddialar uyğunsuz səslənir. Əməliyyatdan bir ay keçib. Klinikadan çıxandan sonra da əməliyyat fotoları var idi".




***
Bloqer Nərmin Bəylər qızı Mehdiyeva vəfat edib.
Avtosfer.az "oxu.az"a istinadən xəbər verir ki, onun bədənşəkilləndirmə əməliyyatı etdirəndən sonra vəziyyəti pisləşib.
Qadın əməliyyatdan iki gün sonra aptekə gedib, daha sonra evdə meyiti tapılıb.
Məlumata görə, N.Mehdiyeva orta təhsilini yarımçıq qoyub, ailədə beş bacı olublar. N.Mehdiyevanın boşandığı, bir qız övladı olduğu bildirilir.
Bakıda maşında qadın DÖYÜLDÜ
Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO
Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Taksidə söyüş söyüb pulu ödəmədən getdilər - BAKIDA - VİDEO
Xırdalanda “Hyundai” yandı - VİDEO
Paytaxtda dəhşətli qəza: ÖLƏN VAR
Bakıda yaşayış binasında yanğın olub - VİDEO
Boşanmaq üzrə olduğu arvadına silahla atəş açdı - VİDEO
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO










