Azərbaycanda vətəndaşın ölüm faktı 63 il sonra TƏSDİQLƏNDİ

Azərbaycanda 1962-ci ildə vəfat edən şəxsin ölüm faktı 63 il sonra təsdiqlənib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər Məhkəməsi 13 oktyabr 2025-ci ildə qərar qəbul edib. Belə ki, ərizəçi Babək rayonu Badaşqan kəndində anadan olan əmisinin (kimliyi ictimaiyyətə açıqlanmayıb) 1962-ci ildə Babək rayonu Badaşqan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. O bildirib ki, əmisi 1962-ci ildə Babək rayonu Badaşqan kəndində ölüb və həmin kənd qəbiristanlığında dəfn edilib. Əmisi vəfat etdikdən sonra ölümünü təsdiq edən tibbi arayış alınmadığına görə onun ölümü faktı müvafiq qurum tərəfindən rəsmiləşdirilməyib. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə 1962-ci il tarixdə Babək rayonu, Badaşqan kəndində ölməsi faktı müəyyən edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












