Azərbaycanda xəyanətə görə öldürülən qadına yas verilmədi

Azərbaycanda xəyanətə görə öldürülən qadına yas verilmədi
Avtosfer.az xəbər verir ki, məlumata görə, Şəmkirin Şiştəpə kəndində ər və arvadın yol kənarında mübahisəsi ölümlə nəticələnib.
Kənd sakini 41 yaşlı Röyalə Hacıyevanın ölümündə şübhəli əri 54 yaşlı Arif Hacıyevdir.
Qohumlar iddiaları edir ki, ər və arvad arasında münaqişənin başlamasına səbəb qadının sədaqətsizliyi olub. Hətta məsələ məhkəməyə qədər gedib çıxıb.
Hadisə qeydə alınan vaxt ailənin 17 yaşlı oğlu Ayxan Hacıyev hər iki əli və budundan xəsarət alıb. Ona zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Şəmkir Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Hacıyevin bıçaqla xəsarətlər yetirməklə Röyalə Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib və o, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə açılan cinayət işi çərçivəsində şübhəli şəxs qismində tutulub.
Məlumata görə, dünyasını dəyişən qadın üçün yas mərasimi təşkil olunmayacaq.(referans.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












