Banner

Azərbaycanlı kişi Rusiyada arvadını belə QƏTLƏ YETİRDİ - VİDEO - YENİLƏNİB

Hadisə 13 Noyabr 2026 15:36
Azərbaycanlı kişi Rusiyada arvadını belə QƏTLƏ YETİRDİ - VİDEO   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Yaqub Süleymanov öldürdüyü qadından 800 min rubl (təxminən 16 min 500 manat) borcu ödəmək üçün böyrəyini satmağı tələb edib.

Avtosfer.az xəbər verir ki, qeyd olunan təhdidlərin yer aldığı səsyazısını noyabrın 13-də 78.ru portalı yayımlayıb.

"Videonu qoşacağam və orada barmaqlarını kəsəcəyəm. Növbəti dəfə pulu atmasan, qulaqların gedəcək. Səni sadəcə hissələrə böləcəyəm", - deyə Süleymanov telefonda qadına bildirib.

Azərbaycanlı kişi 2025-ci il ərzində qadına xərclədiyini iddia etdiyi 800 min rublun qaytarılmasını tələb edib. O, pulu köçürməyəcəyi təqdirdə zərərçəkəni fiziki zorakılıqla hədələyib. Qadın hər ay maaşını ona verdiyini izah etməyə çalışsa da, cinayətkar sakitləşməyib. O, qadının böyrəyini satmasını tələb edərək lazımi məbləği tapmaq üçün ona cəmi iki saat vaxt verib. Əks halda, Yaqub gəlib onun qarnından bıçaqla vuracağını deyib.

Səsyazısında - "Bu gün sənin son günün olacaq, sənə söz verirəm", - ifadələri eşidilir, qadının ağlamasına isə o, gözyaşlarının ona kömək etməyəcəyini deyərək cavab verib./oxu.az

***12:23

Rusiyada azərbaycanlı kişi keçmiş arvadını öldürüb.

Avtosfer.az yerli mediaya istinadla bildirir ki, hadisə Sankt-Peterburq şəhərinin Vavilovlar küçəsində qeydə alınıb. 28 yaşlı Yaqub Vaqif oğlu Süleymanov keçmiş qeyri-rəsmi həyat yoldaşını qadınlara yardım mərkəzinin qarşısında bıçaqlayıb.

Ağır xəsarətlər alan 27 yaşlı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Məlumata əsasən, qadın əvvəllər dəfələrlə polisə müraciət edərək həyat yoldaşının onu döydüyünü bildirib. Sentyabr ayında Yaqubdan qaçaraq sosial yardım mərkəzinə sığınıb. Lakin keçmiş həyat yoldaşı onun yerini müəyyənləşdirib.

Noyabrın 12-də qadını mərkəzin girişində yaxalayan Yaqub Süleymanov ona səkkiz bıçaq zərbəsi endirib və boğazını kəsib. Hadisədən sonra avtomobillə qaçan şübhəli yarım saat sonra polisə zəng edərək cinayətini etiraf edib. O, daha sonra saxlanılıb.

Məlumata görə, Yaqub Süleymanov Azərbaycanda anadan olub, Rusiya vətəndaşıdır və bir müddət Dağıstanda yaşayıb. Onun üç övladı var. Qətlə yetirilən qadının isə beş yaşlı oğlu qalıb./lent.az

bax.tvhttps://bax.tv/hadise-ve-olaylar/arvadin-bicaqladi-228823

 

 

Oxunub : 702
ŞƏRH YAZ
Ad

E-mail

Şərh