Azərbaycanlı tələbə Türkiyədə həbs edildi - FOTO

Türkiyədə təhsil alan azərbaycanlı tələbə həbs olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a həbs edilən tələbə Amin Əliyevin atası Elşən Əliyev açıqlama verib.
O, oğlunun günahsız həbs olunduğunu iddia edib:
"Oğlum Amin Elşən oğlu Əliyev Türkiyə Respublikasının Eskişehir Osmanqazi Universitetinin İqtisad fakültəsinin 4-cü kurs tələbəsidir. Amin internet üzərindən pul dəyişmək istəyərkən dələduzların toruna düşüb. Türkiyədə belə bir sistem var. Tələbələr həmin sistem üzərindən pul dəyişirlər. Amin də həmin sistem üzərindən təhsil haqqı üçün göndərdiyimiz pulu dəyişmək istəyib. Həmin vaxt bu sistemi işlədən əcnəbi vətəndaş Pakizə adlı xanıma həmin sistem vasitəsilə dələduzluq edib, 650 min türk lirəsini mənimsəyib. Dövriyyə zamanı da Amin pul dəyişərkən həmin sistemin mobil tətbiqinə pul göndərib.
Pakizənin şikayətindən sonra sistemi işlədən həmin əcnəbi Türkiyədən qaçıb. Şikayət əsasında Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar və Amin saxlanılıb. Amin hazırda Antalyanın Döşəməaltı "L" Tipli Cəza evində saxlanılır. Oğlumun heç bir cinayət niyyəti olmayıb. O, sadəcə dələduzların qurbanı olub.
Amin, həmçinin Türkiyədəki Azərbaycanlılar Dərnəyinin fəal üzvüdür. O, Xocalı soyqırımı, 20 Yanvar faciəsi və Vətən müharibəsi ilə bağlı bir sıra tədbirlərin təşkili və keçirilməsində könüllü şəkildə iştirak edib. Oğlumun bu fəaliyyəti onun həm Vətəninə, həm də cəmiyyətə bağlılığını göstərir. Hazırda o, noyabr ayında keçiriləcək imtahanlara hazırlaşmalı idi. Onun uzunmüddətli həbsdə saxlanılması təhsil həyatının və gələcəyinin məhv olması ilə nəticələnə bilər".
E.Əliyev bildirib ki, məsələ ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyinə müraciət edib. Lakin hələ ki, heç bir nəticə yoxdur:
"Pakizə istintaqa ifadə verib və Amini tanımadığını, ondan heç bir şikayəti olmadığını bildirib. Amma buna baxmayaraq, hüquq-mühafizə orqanları Amini sərbəst buraxmır".
E.Əliyev qeyd edib ki, oğlu oktyabrın 10-da saxlanılıb və hazırda cəza evində saxlanılır.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












