Azərbaycanlı vəkilin oğlu Rusiyada həbs edildi

Rusiyada qalmaqalları ilə tanınan azərbaycanlı vəkil Elman Paşayevin oğlu Elvin "qara rieltorlar" işi çərçivəsində saxlanılıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb.
Bildirilib ki, 26 yaşlı Elvin fevral ayından etibarən xüsusilə külli miqdarda dələduzluq ittihamı ilə istintaq təcridxanasındadır. Lakin məhkəmə sənədlərindən aydın olur ki, onun həbsinə səbəb olan cinayət işi 2025-ci ilin oktyabrında Moskvadakı mənzillərdən birinin sahibinin itkin düşməsindən sonra qətl maddəsi ilə açılıb. Həmin mənzili Elvinin atası Elman Paşayev öz həbsindən əvvəl əldə etmişdi. Hazırda Elman Paşayev səs-küylü cinayət işlərinin həlli üçün milyonlar alıb faktiki olaraq heç bir iş görmədiyinə görə Donetskdə mühakimə olunur.
Məlumata görə 2024-cü ildə hərbi əməliyyatlar zonasında olarkən Elman Paşayev guya problemli mənzili A.V.Zaxarçenko adına 5-ci motoatıcı briqadanın hərbçilərindən birinin adına rəsmiləşdirmək barədə razılığa gəlib. Bu əmlakın arxasında "qara rieltorlar"ın izi var idi - mənzilin sahibi itkin düşmüş və tapılmamışdı, mülkün Elmanın əlinə necə keçdiyi isə hələlik məlum deyil.
"Lakin istintaq təcridxanasına düşdükdən sonra Elman hərbçinin mənzili özündə saxlayacağından narahat olmağa başlayıb və onu daşınmaz əmlakı oğluna dövr etməyə inandırıb. Bir müddət sonra ev sahibinin cəsədi tapılıb - ilkin məlumata görə, cəsəd hissələrə ayrılıb. Mənzilin adına rəsmiləşdirildiyi hərbçi dindirilib və oğul Paşayev "qara rieltorlar" işi üzrə istintaqa cəlb edilsə də, ona yalnız dələduzluq ittihamı irəli sürülüb. Biz onun anası Alyona ilə əlaqə saxlasaq da, o, şərh verməkdən imtina etdi", - deyə məlumatda qeyd olunub.
2024-cü ilin noyabrında Elvinin şirkət hesablarına dondurulma tətbiq edilib, hazırda "MHK Elman qrupp" MMC-nin 53 min rubl (1 240 AZN - red.) vergi borcu var və borcun ödənilməməsinə görə hesablar bloklanıb, eləcə də atası ilə birgə təsis etdiyi "Paşayev fondu"nun hesabları bəyannamə təqdim edilmədiyi üçün bağlanıb.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












