Azyaşlı əlil uşağı işgəncə ilə qətlə yetirənə ağır cəza istənildi

Paytaxtda qeyri-rəsmi yaşadığı qadının azyaşlı əlil övladını işgəncə ilə qətlə yetirməkdə təqsirləndirilən Yaşar Abbasovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən sonuncu prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək Yaşar Abbasovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
İttihama görə, Yaşar Abbasov qeyri-rəsmi yaşadığı İpək Əhmədovanı döyməklə yanaşı, onun doqquz yaşlı fiziki qüsurlu övladına işgəncə verməklə onu qəsdən öldürməkdə təqsirləndirilir.
Qeyd edək ki, zərərçəkən İpək Əhmədova hazırda narkotik vasitələrin qanunsuz istifadəsi maddəsi ilə həbsdədir. Onun prosesdə iştirakı konvoyun nəzarəti altında həyata keçirilib.
Yaşar Abbasov barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələri ilə ittiham elan olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












