Azyaşlı övladını avtomobildə unudaraq ölümünə səbəb olan şəxslə bağlı cinayət işi başlanıb

Belçikanın Namür şəhərində 15 aylıq qızını avtomobildə unudaraq ölümünə səbəb olan şəxslə bağlı cinayət işi başlanıb. Avtosfer.az “Spiegel” qəzetinə istinadla xəbər verir ki, ata işə gedərkən körpə övladını uşaq bağçasına aparmağı unudub. Nəticədə körpə atasının iş yerinin parklanma yerində saatlarla avtomobildə qalıb. Həmin gün Belçikada havanın temperaturu 25 dərəcə olub və uşaq hipertermiyadan vəfat edib. Hadisə ilə əlaqədar ehtiyatsızlıqdan adamöldürmə maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalara əsasən, uşağın yanlışlıqla avtomobildə unudulduğu ehtimal olunur.
Qeyd edək ki, mütəxəssislər isti havada uşaqların avtomobildə tək qalmamasını tövsiyə edirlər. Amerika Birləşmiş Ştatlarının Corciya Universitetinin alimləri müəyyən ediblər ki, havanın temperaturu 20 dərəcə olduqda avtomobilin içində temperatur bir saat ərzində 46 dərəcəyədək yüksələ bilər. Temperatur 30 dərəcə olduqda isə avtomobilin salonunda hərarət yarım saat sonra 46 dərəcəyə çatır ki, bu da həyat üçün təhlükəli həddir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












