Bahalı avtomobil nömrəsi almaq adı ilə iş adamının 106 min manatını mənimsədi

Bakıda avtomobillər üçün dövlət nömrə nişanı almaq adı ilə külli miqdarda dələduzluq edən Novruz Əskərovun cinayət işinin məhkəmə araşdırması başlayıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşması elan olunduqdan sonra prokuror Rauf Malışov təqsirləndirilənin 9 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Təqsirləndirilənin yaxınları zərərçəkənə dəymiş zərəri ödəmək üçün məhkəmədən vaxt istəyiblər.
Növbəti proses iyulun-3-nə təyin olunub.
Qeyd edək ki, Novruz Əskərov Bakı sakini, iş adamı Fərid İmanovun etibarından sui-istifadə edərək, avtomobil dövlət nömrə nişanlarını alıb baha satmaq adı ilə onu aldadıb. Bu məqsədlə o, iş adamından dəyəri 23 000 AZN olan avtomobil nömrə nişanı ilə birlikdə ümumilikdə 106 600 AZN alıb.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılaraq barəsində ittiham irəli sürülüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












