Bakı hava limanında iş adamı narkotiklə saxlanıldı - Həbs edildi

Bakıdan İstabula təyyarə ilə uçmaq istəyən iş adamı Heydər Əliyev Beynəlxalq Aeroportunda narkotiklə saxlanılıb. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1983-cü ildə Sumqayıt şəhərində doğulmuş Əliyusif Xəlilovun Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Əliyusif Xəlilov qanuni təmsilçisi olduğu şirkətin Türkiyənin İstanbul şəhərində filialı olduğu üçün sözügedən ölkəyə gedirmiş. Psixotrop maddə olan metamfetamindən istifadə etdiyi üçün iş adamı üzərində Bakı-İstanbul aviareysi ilə Türkiyəyə aparmaq məqsədilə həmin vasitəni gizlədib.
O, çətinləşdirən üsullardan istifadə etməklə psixotrop maddənin 1,408 qramını sellofan bükümdə qablaşdıraraq eynək qabının içərisində çiyin çantasına, 0,357 qramını isə kassa qəbzinə bükərək əynindəki açıq qəhvəyi rəngli gödəkçənin cibinə yerləşdirib.
Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Əliyusif Xəlilov məhkəmədə əməlindən peşman olduğunu bildirərək barəsində təyin ediləcək cəzanın şərti tətbiq edilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə Əliyusif Xəlilov 2 il müddətinə dövlət və yerli özünüidarəetmə, özəl sahədə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












