Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - SƏBƏB NƏDİR? - VİDEO

Son günlər Bakı və Sumqayıtın bəzi ərazilərində qurbağaların kütləvi şəkildə artması sakinlərin narahatlığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, xüsusilə Bakı şəhərinin Maştağa və Ramana qəsəbəsi, eləcə də Abşeron rayonu Novxanı, Saray qəsəbələri və Sumqayıt şəhəri Yaşma bağları və Qurd dərəsi ərazilərində həyətlər, küçələr və boş sahələr çoxsaylı qurbağalar ilə dolub.
Sakinlərin sözlərinə görə, qurbağaların sayı o qədər artıb ki, onlar hətta avtomobil yollarına çıxaraq nəqliyyatın hərəkətinə də maneə yaradırlar. Bəzi ərazilərdə sürücülər yolda ehtiyatla hərəkət etməyə məcbur olduqlarını bildirirlər.
Məsələ ilə bağlı Canlı Sistemlərin Tədqiqi İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, Gülbəniz Qasımova bildirib ki, bu il yaz və yay aylarında hava şəraitinin yağıntılı keçməsi ilə əlaqədar olaraq şəhər ətrafı ərazilərdə çoxlu sayda gölməçələr yaranıb, bu da qurbağalarıın çoxalma və inkişafı üçün əlverişli olub:
"Belə ki, aramsız yağan yağışlar nəticəsində gölməçələr qurumadığına görə qurbağaların qoyduğu kürülərin böyük əksəriyyəti inkişafını başa vura bilib. Son günlərdə çoxlu sayda müşahidə olunan qurbağalar Abşeron yarımadasında yayılan naxışlı quru qurbağasının bala fərdləridir. Bu növ minlərlə kürü qoya bilir və əlverişli şərait yarandığından inkişaf edərək bala fərdlərə çevrilib. Onların yağışdan sonra kütləvi şəkildə müşahidə olunmasının səbəbi gölməçələrdəki bala fərdlərin sel suları vasitəsilə ətrafa yayılmasıdır. Həm də naxışlı quru qurbağasının yetkin fərdləri əsasən quru ərazilərdə yaşamağa üstünlük verdiyi üçün bu mərhələdə onlara daha çox su hövzələrindən kənarda rast gəlmək olur.
Qeyd edim ki, bu qurbağaların belə kütləvi şəkildə görünməsi təbii haldır və heç bir təhlükəsi yoxdur. Çünki təbiətdə onların sayını tənzimləyən mexanizm mövcuddur".
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO
Bakıda ərinin maşınına hücum edən qadın CƏZALANDIRILDI - VİDEO - YENİLƏNİB










