Bakıda 276 min manatlıq qızıl oğurluğu: Aysel və Vüsal Zeynalovların məhkəməsi başladı

Bakıda silsilə oğurluqlar etməkdə təqsirləndirilən Aysel Zeynalova və Vüsal Zeynalovun cinayət işi üzrə məhkəmə araşdırmasına start verilib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə onların barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasına və cinayət işinin məhkəmə baxışına verilməsi qərarına gəlib. İttihama əsasən, Aysel və Vüsal Zeynalovlar Bakının müxtəlif ərazilərində yerləşən evlərdən və hotellərdən oğurluqlar törədiblər. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb. Araşdırmalar zamanı müəyyən olunub ki, onlar paytaxt sakinlərinə məxsus ümumilikdə 276 min manat dəyərində qızıl-zinət əşyaları, 1 000 manat pul və iki ədəd mobil telefonu oğurlayıblar. Məlum olub ki, Aysel Zeynalova oğurluq hadisələrindən sonra müşahidə kameralarından yayınmaq üçün xüsusi geyimlərdən istifadə edib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












