Bakıda ağac avtomobillərin üzərinə aşdı - 5 maşına ziyan dəydi - VİDEO

Bakı şəhərinin Xətai rayonunun Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 18 ünvanında təhlükəli vəziyyətdə olan ağaclardan biri aşaraq bir neçə avtomobilə ziyan vurub. Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a ərazidə yaşayan sakinlər məlumat veriblər.
Sakinlər qeyd edirlər ki, aşan ağac altı avtomobili əzib:
"Binanın həyətində digər qurumuş ağaclar da mövcuddur və onların hər an aşma riski var. Bu isə ciddi təhlükə mənbəyidir".
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.
Qeyd edək ki, ağacın qovaq cinsli olmasını və Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Bakı şəhəri ərazisindəki qovaq ağacları ilə bağlı 2021-ci il 8 yanvar tarixli 22/26 nömrəli birdəfəlik rəy verildiyini nəzərə alaraq bununla bağlı zəruri tədbirlərin görülməsi torpaq mülkiyyətçisi tərəfindən həyata keçirilməlidir. Belə ki, qurumuş, qəzalı, xəstəliklərə yoluxmuş qovaq ağaclarına dair torpaq mülkiyyətçisi müvafiq qərar əsasında yaşıllığın götürülməsi vərəqi tərtib edərək onun götürülməsini təmin edə bilər.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












