Bakıda arvadını öldürən vəzifəli şəxsə bir il həbs cəzası verildi

Bu ilin aprel ayında Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayonda, Cavadxan küçəsində həyat yoldaşını 19 bıçaq zərbəsi ilə qətlə yetirən 1979-cu il təvəllüdlü R.Qəhrəmanova (soyad şərtidir) hökm oxunub.
Avtosfer.az Publika.az-a istinadən məlumat verir ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 45 yaşlı şəxsə bir il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onun cinayəti affekt vəziyyətində, ağır ruhi həyəcan halında törətməsinə dair rəy verilib.
Araşdırmalar zamanı məlum olub ki, R.Qəhrəmanov Azərbaycanda fəaliyyət göstərən ən böyük mebel şirkətlərindən birində yüksək vəzifədə çalışırmış. İstintaq zamanı onun həyat yoldaşı A.Qəhrəmanovanın yaşadığı binada üzbəüz qonşu olan digər kişi ilə gizli sevgi yaşaması, aralarında görüşlərinin olması, qadının hər gün öz evində yemək bişirərək ona göndərməsi, həmin şəxsin istəyi ilə bədəninin müxtəlif yerlərinə pirsinq etdirməsi məlum olub.
Arvadının xəyanətindən şübhələnən R.Qəhrəmanov bir neçə dəfə onunla mübahisə edib, lakin sevdiyi üçün bağışlayıb. Daha sonra arvadının telefonuna baxarkən sevgi mesajları görüb və onun xəyanət etdiyinə tam əmin olub.
Qətlə yetirilən A.Qəhrəmanovanın valideynləri R. Qəhrəmanovdan şikayətçi olmadıqlarını, qızlarının qətlinə görə onu günahkar görmədiklərini bildiriblər.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












