Bakıda avtobus yola qəfil çıxan piyadanı vurdu

Bakıda “BakuBus” MMC-nin istismarında olan 46 nömrəli avtobus piyadanı vurub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 10:44 radələrində paytaxtın 8 Noyabr prospekti 123 ünvanında qeydə alınıb.
“BakuBus” MMC-dən bildirilib ki, hadisə piyadanın qəfil yola çıxması nəticəsində baş verib:
“Sürücünün verdiyi ilkin məlumata əsasən, piyadanın piyada keçidi nəzərdə tutulmayan hissədən qəfil yola çıxması nəticəsində sürücü nəqliyyat vasitəsini dayandıra bilməyib və ona xəsarət yetirib. Yaralı dərhal təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Hadisə barədə aidiyyəti qurumlara məlumat verilib”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, bu gün saat 10:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub:
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (kişi) ilkin tibbi xidmət göstərilib, müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağırdır”.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












