Bakıda avtomobil icarəsi ofisində baltalı hücum

Pdəhşətli hücumla bağlı məhkəmə qərarı elan olunub.
Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, hadisə 2024-cü ilin dekabrında Nizami rayonunda, marketin 3-cü mərtəbəsində yerləşən ofisdə baş verib.
1989-cu il təvəllüdlü Sahib adlı şəxs "Instagram"da gördüyü elan səbəbindən əsəbiləşərək avtomobil icarəsi ofisinə gedib. O, özü ilə götürdüyü balta ilə işçilərə hücum edib.
Təqsirləndirilən şəxs ofisə girərək Həsən adlı gənc işçiyə baş nahiyəsindən bir neçə dəfə balta zərbəsi vurub. Ağır xəsarətlər alan Həsənin həyatını yalnız vaxtında göstərilən tibbi yardım xilas edib. Digər işçi Valeh isə həm qolundan, həm də üzündən yaralanıb.
Məhkəmədə məlum olub ki, Sahib uzun müddət psixi xəstəlikdən, paranoidal şizofreniyadan əziyyət çəkirmiş və həmin əməli anlaqsız vəziyyətdə törədib.
Ekspertiza onun həm cinayət vaxtı, həm də hazırda psixi vəziyyətinə görə hərəkətlərinə cavab verə bilmədiyini təsdiqləyib.
Hakimlərin qərarına əsasən, o, cinayət məsuliyyətindən azad olunub və ümumi tipli psixiatriya xəstəxanasında məcburi müalicəyə göndərilib. Hadisədə istifadə olunan balta isə məhv ediləcək.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












