Bakıda DƏHŞƏT: Kişi və arvadının meyitləri tapıldı - YENİLƏNİB

Bakıda baş verən qətlin daha bir təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb Nübar Bağırovanın həyat yoldaşı Çoşqun Bağırovdan boşanmaq istəməsi olub.
Çoşqun Bağırov həbsdə olduğu müddətdə Nübar övladlarını saxlamaq üçün işləməyə başlayıb. Çoşqun azadlığa çıxdıqdan sonra dəfələrlə həyat yoldaşı ilə barışmağa çalışsa da, Nübar buna razılıq verməyib. Nübar evlərinin satılmasına qarşı olsa da, Çoşqun yaşadıqları mənzili satıb. Daha sonra isə Nübar bir müddət kirayədə qaldıqdan sonra anasının yarımçıq tikili evinə köçüb və qardaşı ilə birlikdə evi təmir edərək övladları ilə orada yaşayıb.
Çoşqun həbsdən çıxdıqdan sonra Nübar onunla barışmaq istəməsə də, anası onları yenidən bir araya gətirib. Bundan sonra ana Rusiyaya köçüb. Ailə iki il bir yerdə yaşasa da, Nübar və Çoşqun arasında tez-tez mübahisələr düşürmüş.
İyulun 7-də Çoşqun övladlarını Nübarın qardaşıgilə aparıb və bir müddət orada qalmasını istəyib. Gecə saatlarında isə o, cinayəti törədib.
***16:56
Hadisənin bəzi təfərrüatları üzə çıxıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, cütlüyün yaxınları gecə saat 03-dək onlardan xəbər tuta bilməyib. Mənzilə baxış keçirilərkən
Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Coşqun Nurəddin oğlu Bağırovun meyiti yaşadığı Yeni Ramana qəsəbəsindəki evin zirzəmisində, arvadı 1985-ci il təvəllüdlü Nubar Kərim qızının meyiti isə otaqda tapılıb. Qadının boyun nahiyəsində bıçaq xəsarətləri aşkar edilib.
Bildirilib ki, N.Bağırov arvadını qətlə yetirdikdən sonra zirzəmiyə enərək həyatına son qoyub. N.Bağırovun əvvəllər narkotik maddələrlə bağlı məhkumluq həyatı yaşaması məlum olub.
Faktla bağlı Sabunçu Rayon Prokurluğunda araşdırma aparılır.
***16:36
Bakıda mənzildən kişi və həyat yoldaşının meyitləri tapılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 3 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.
İlkin ehtimala görə, qəsəbə sakini, 1985-ci il təvəllüdlü Coşqun Nurəddin oğlu Bağırov yaşadığı evdə həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib. O, daha sonra özünü də öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO











