Bakıda ərzaq köşkündə YANĞIN - ÖLƏN VAR - VİDEO

Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən ərzaq satışı köşkündə baş verən yanğın təfərrüatı məlum olub.
Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Ağayar Xanhüseyn oğlu Əliyevin meyiti aşkar olunub.
Sakinlərin iddialarına görə, həmin şəxs 30 ilə yaxındır ki, sözügedən ərzaq köşkündə çalışır və elə orada yaşayırmış. Onlar hadisənin səhər saatlarında yorğanın alışması nəticəsində baş verdiyini bildiriblər. Sakinlərin sözlərinə görə, yorğanın yanması nəticəsində yaranan tüstüdən zəhərlənən şəxs həyatını itirib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***12:00
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb.
Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
***10:51
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən ərzaq satışı köşkündə yanğın baş verməsi barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 20 kv.m. olan ərzaq satışı köşkündə yataq dəsti qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Əliyev Ağayar Xanhüseyn oğlunun meyiti aşkar olunub.
Köşk yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












