Bakıda eston qızın çantası oğurlandı - "Yellov bag" dedi, oğru tutuldu

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Ay İşığı" çimərliyində Estoniya vətəndaşının çantasını oğurlayan şəxsə hökm oxunub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 2004-cü ildə Göyçay rayonunda rayonunda doğulmuş R.T.-nın Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs həmin çimərliyə Nicat adlı dostu ilə istirahətə gedib. Dənizdən çıxan zaman xarici ölkənin xanım vətəndaşının dənizə gəlib özünə yer tutduğunu və əlində olan çantanı yerə qoyub dənizə girdiyini görüb. Qadın dənizdə çimən zaman o, çantanı götürərək, qaçıb. Hadisədən bir neçə dəqiqə sonra isə polis tərəfindən saxlanılıb.
Çantası oğurlanan Estoniya vətəndaşı S.E. polisə yaxınlaşaraq, ingilis dilində "yellov bag", yəni "sarı çanta" ifadəsini işlədib. Onlar vaxt itirmədən xarici vətəndaşın göstərdiyi istiqamətə qaçıblar. Həmin şəxsin yol kənarında dayandığını və əlində sarı rəngli çantanın olduğunu görüblər. R.T. dərhal polis tərəfindən saxlanılıb.
Çantadakı şəxsiyyət vəsiqəsi, həmçinin içərisindəki 40 manat və həmin tarixin məzənnəsi ilə 102,74 manat təşkil edən 55 avro məbləğində pul, 20 manat dəyərində cüzdan zərəçəkmişə qaytarılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il 11 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












