Bakıda icazəsiz girdiyi evdə yatan şəxs həbs edildi

Bakıda yatmaq üçün icazəsiz evə girən şəxs həbs edilib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, hadisə Binəqədi rayonu, 2-ci Mədən ərazisində yerləşən yarımtikililərin birində baş verib. Belə ki, 1992-ci il təvəllüdlü D.F. narkotik vasitələrdən istifadə etdikdən sonra yatmaq istəyib və bu məqsədlə yarıtikili evə girib. Bu vaxt ev sahibi T.Y. onu saxlayaraq, DİN-in 102 xidmətinə zəng edib və evindən bir nəfərin oğurluq etmək istədiyini deyib. T.Y. təqsirləndirilən şəxsi saxladığı barədə polisə məlumat verib. D.F. saxlanılıb və işə məhkəmədə baxılıb. Məhkəmədə təqsirləndirilən şəxs bir neçə ildir ki, narkotik vasitələrdən istifadə etdiyini və sözügedən evə yatmaq üçün girdiyini deyib. Məhkəmənin hökmü ilə D.F. 20 gün müddətə inzibati həbs edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












