Bakıda kişi hamilə arvadına işgəncə verib

Bakıda kişi hamilə olan arvadına işgəncə verib. Avtosfer.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Xəzər rayonu Türkan qəsəbəsində baş verib. 26 yaşlı A. Hüseynov yaşadıqları evdə müxtəlif vaxtlarda hamilə arvadını döyərək xəsarətlər yetirib. İttiham aktına görə, Hüseynov arvadını onunla uca səslə danışdığı və digər epizodda isə yeməyə çox duz tökdüyü üçün yumruq və təpik zərbələri ilə qadının bədəninə zərbələr vuraraq, xəsarətlər yetirib. Başqa bir epizodda isə təqsirləndirilən şəxs arvadının ona xəyanət etməsini əsas gətirərək, evin həyətində döyüb. Bundan bir neçə gün sonra da heç bir əsaslı səbəb olmadan köməksiz vəziyyətdə olan və hamilə olduğu üçün müqavimət göstərmək imkanı olmayan qadını yerə yıxaraq, əl və ayaq zərbələri, həmçinin bıçaqla vurub. Bu əməllərinə görə, A. Hüseynov barəsində Cinayət Məcəlləsinin 133.2.2-ci (aşkar surətdə hamilə qadına əzab vermə) və 133.2.4-cü (yetkinlik yaşına çatmayan və köməksiz vəziyyətdə olan şəxsə əzab vermə) maddələri ilə cinayət işi başlanıb. Xəzər rayon Məhkəməsində keçirilən iclas zamanı A. Hüseynov barəsində 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












