Bakıda marşrut avtobusu yanıb kül oldu - VİDEO - YENİLƏNİB

Xəzər rayonu, Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusunda baş verən yanğının səbəbi açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat katibi Tural Orucov məlumat verib.
O bildirib ki, yanğına səbəb mühərrikdə yaranan nasazlıq olub:
"Oktyabrın 29-u saat 04:45-də Mərdəkan şosesi Binə qəsəbəsi yaxınlığında "Çinar Trans" MMC-nin istismarında olan 99-JK-966 dövlət nömrə nişanlı 160 nömrəli marşrut avtobusunda qarajdan başlanğıc dayanacağa (sərnişin olmadan) gedərkən mühərrikdə yaranan nasazlıq səbəbindən alovlanma baş verib. Alovun qarşısı alınıb. Xəsarət alan yoxdur".
***09:23
Bu gün səhər saat 05 radələrində Xəzər rayonu, Binə qəsəbəsində marşrut avtobusu yanıb.
Avtosfer.az xəbər verir ki, “Çinar Trans” MMC-yə məxsus 160 nömrəli marşrut üzrə hərəkət edən BMC markalı avtobus tamamilə yanaraq yararsız hala düşüb.
Hadisə zamanı avtobusda sərnişinin olmadığı bildirilir.
***
FHN-dən bildirilib ki, hadisə vaxtı BMC markalı avtobusun yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












