Bakıda məktəbdə baş verən hadisə ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən Cəmil Niftəliyev adına 233 saylı məktəbdə pəncərədən tullandığı üçün xəsarət alan şagirdə yerində tibbi yardım göstərilib.
Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ötən gün saat 10:25-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sözügedən ünvandan çağırış daxil olub:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2011-ci il təvəllüdlü yeniyetməyə (kişi) sol ayağın küt zədəsi diaqnozu ilə yerində tibbi yardım olunub".
***
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən Cəmil Niftəliyev adına 233 saylı məktəbdə baş verən hadisə ilə bağlı araşdırma aparılır.
Bu barədə Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb:
"233 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) ötən gün dərsdən qaçmaq istəyərkən təhsil müəssisəsinin ikinci mərtəbəsinin pəncərəsindən yıxılıb.
Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.
Hadisə ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır", - məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən gün sözügedən məktəbin 8-ci sinif şagirdi dərsdən qaçmaq istəyərkən məktəbin ikinci mərtəbəsinin pəncərəsindən həyətə tullanıb, nəticədə o müxtəlif dərəcəli bədən xəsarətləri alıb./oxu.az
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












