Bakıda məktəbdə bir şagird digərini bıçaqladı - VİDEO

Səbail rayonunda 203 nömrəli tam orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, həmin məktəbdə təhsil alan iki doqquzuncu sinif şagirdi arasında təhsil ocağının yeməkxanasında mübahisə yaranıb.
Mübahisə zamanı şagirdlərdən biri digər həmyaşıdına bıçaqla xəsarət yetirib. Yaralanan şagird aldığı xəsarətlərdən xəstəxanaya çatdırılıb.
“Ayrı-ayrı siniflərin şagirdləri idilər, sözləri çəp gəldi, aralarında mübahisə yarandı. Hadisə övladımın gözünün qabağında baş verib, uşaq çox qorxub”, – valideynlərdən biri söyləyib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, martın 13-də saat 10:25 radələrində Bakı şəhəri 203 nömrəli tam orta məktəbdə tənəffüs zamanı doqquzuncu sinif şagirdlərindən biri digərinə xəsarət yetirib. Xəsarət alan şagirdə dərhal tibbi yardım göstərilib, təcili tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib. Fakt aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və araşdırmalara başlanılıb.
TƏBİB-dən isə bildirilib ki, yaralı məktəbli Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Pasiyentə sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Onun vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Daha ətraflı “Baku TV”nin süjetində:
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












