Bakıda məşhur iş adamı həbs edildi - Milyonları büdcədən yayındırıb...

Bakıda milyonlar manat vergidən yayınan məşhur şirkətlərin rəhbəri həbs edilib.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1970-ci ildə Ordubad rayonunun Biləv kəndində anadan olmuş Ağakişiyev İntizam Əjdər oğlunun Cinayət Məcəlləsinin 209.3 və 213.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, İntizam Ağakişiyev öz adına 3, tanışlarının adına isə bir neçə şirkət təsis edərək, 2016-2020-ci llər ərzində 10.846.626,92 manat məbləğində vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqını dövlət büdcəsinə ödəməkdən yayındırıb.
Təqsirləndirilən şəxs "Trade A” MMC, ”Sumeksport A” MMC, "Perspektiv-A" MMC, "Miraj-85" MMC, "Planet-B” və digər MMC-lərin
fəaliyyətlərinə rəhbərlik edib. Onun vahid niyyətlə, külli miqdar təşkil edən 2.843.096,43 manat məbləğində gömrük ödənişlərini gömrük orqanlarına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə qəsdən dövlət büdcəsinə ödəməkdən yayınması məlum olub.
İntizam Ağakişiyev məhkəmədə ifadəsində deyib ki, rəhbərlik etdiyi şirkətlər Rusiya Federasiyasından taxta məmulatlarının idxalı və satışını həyata keçirib. Bəzi MMC-lərin qanuni təmsilçisi özü olmasa da, həmin şirkətlərə faktiki olaraq rəhbərilik edib. O, rəhbəri olduğu şirkətlərin dövlət büdcəsinə 18.000.000 manatdan artıq vergi ödənişləri etdiyini də bildirib.
İş adamının rəhbərlik etdiyi şirkətlərin həmin illərdə Abşeron rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və başqa bir sıra dövlət qurumlarında milyonluq tenderlərin qalibi də olması məlum olub.
Məhkəmə İntizam Ağakişiyev barəsində Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət hökmü verib. Əvəzində o, Cinayət Məcəlləsinin 209.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və 1 il 10 ay 27
gün azadlıqdan məhrum edilib. Həmçinin MMC-lərin fəaliyyəti üzrə 2.843.096,43 manatın təqsirləndirilən şəxsdən tutularaq Dövlət Gömrük
Komitəsinin büdcəsinə köçürülməsi barədə qərar verilib.
Xatırladaq ki, İntizam Ağakişiyevin adı məşhur Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə işində zərərçəkmiş qismində hallanırdı.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












