Bakıda minib-düşmə yeri zəbt edilib - VİDEO

Bakının Nəsimi rayonu, Füzuli küçəsində minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə yaradilan xüsusi yer digər maşinlar tərəfindən zəbt olunur.
Avtosfer.az Xəzər Tv-yə istinadən xəbər verir ki, avtomobillər yeri tapa bilmədikləri üçün sərnişinləri yolun hərəkət hissəsində düşürməyə məcbur qalırlar. Bu vəziyyət isə sürücüləri və sərnişinləri ciddi təhlükə ilə üz-üzə qoyur.
Vətəndaşların sözlərinə görə, bu problem uzun müddətdir davam edir. Onlar iddia edirlər ki, həmin avtomobillər ərazidə yerləşən qurumların əməkdaşlarına məxsusdur.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, sözügedən ərazidə hərəkətin təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. Bununla yanaşı, aidiyyəti qurumla birgə aparılmış təhlillərin nəticəsinə uyğun olaraq qeyd olunan küçədə əlavə nizamlama vasitələrinin də tətbiqi nəzərdə tutulur.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












