Bakıda polisdən iki dəfə qaçdı, həbs olundu

Bakıda ticarət mərkəzinin yaxınlığında dava olub. Avtosfer.az xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığında baş verib. Təqsirləndirilən şəxs 32 yaşlı Tohid Manafov ticarət mərkəzi ərazisində “makler” kimi fəaliyyət göstərdiyini deyib. Onun sözlərinə görə, zərərçəkən şəxs həmkəndlisidir və mübahisə zamanı bir-birlərini itələdikləri üçün o, yerə yıxılıb. Ayağa qalxandan sonra əsəbiləşib və zərərçəkənin sifətinə xəsarət yetirib. Zərərçəkən şəxs isə bildirib ki, dava zamanı Tohid onun üzünə yumruqla zərbə endirib və o, xəsarət alıb. Hadisə zamanı ərazidə xidmət olanda polis əməkdaşları Tohidi saxlayaraq, 10-cu Polis Şöbəsinə aparıblar. Lakin o, şöbədən qaçıb. Axtarışlar zamanı Tohid Manafov Abşeron ticarət mərkəzində tutularaq, yenidən bölməyə gətirilib. Bölmədə ona barəsində inzibati protokol tərtib olunacağı deyiləndə Tohid yenə bölmədən qaçıb. Mühafizə polisinin köməyilə o, saxlanılaraq, şöbəyə gətirilib və məhkəməyə çıxanadək burada saxlanılıb. Bu əməllərinə görə, onun barəsində İnzibati Xətalar məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub.
Qaradağ rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən iclasda Tohid Manafov barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib. (Lent.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












