Bakıda qənd sexində döşəmə çökdü - Ölən var - YENİLƏNİB

Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində müəssisələrdən birində tikişçi işləyən Güllü Qədiməliyeva sentyabrın 17-də döşəmənin sınması səbəbindən vəfat edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxs binanın ikinci mərtəbəsində istifadə olunmayan boş otaqların birinə daxil olarkən döşəmə sınıb. Nəticədə binanın birinci mərtəbəsinə beton səthə yıxılaraq ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
***12:48
Paytaxtın Binəqədi rayonunda yerləşən qənd sexində bədbəxt hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, sentyabrın 17-si saat 14 radələrində Binəqədi qəsəbəsinin ərazisində yerləşən sexin taxta döşəməsi çöküb.
Nəticədə orada xadimə işləyən 1963-cü il təvəllüdlü Bakı şəhər sakini Güllü Hüseyn qızı Qədimalıyeva yıxılaraq vəfat edib.
Faktla bağlı araşdırma aparılır.(qafqazinfo)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












