Bakıda restoranda qadınlara söz atan şəxs həbs edildi

Səbail rayonunda yerləşən "Yaban” restoranında dava-dalaş salan müştəri həbs edilib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, hadisə oktyabrın 26-da, gecə saat 00.30 radələrində baş verib.
1988-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş V.B. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib. İşə məhkəmədə baxılıb.
Məlum olub ki, V.B. tanışı ilə restoranda yeyib-içərək sərxoş olub. Bundan sonra təqsirləndirilən şəxs içkinin təsiri altında restoranda olan qadınlara sataşıb, onları narahat etməyə başlayıb. Restoran rəhbərliyi onu sakitləşməyə və nizam-intizama dəvət etsə də, həmin şəxs heç bir səbəb olmadan nalayiq ifadələr işlədib. Bu zaman onların arasında münaqişə yaranıb. Təqsirləndirilən şəxs restoran administratorunu vurmağa cəhd edib.
Məhkəmənin hökmü ilə V.B. 10 gün müddətinə həbs olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












