Bakıda şadlıq sarayında yumruq davası: 1200 manat cərimə

Bakıda şadlıq sarayının həyətində ona baxan şəxsi yumruqla vurmuş şəxsə hökm oxunub. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən "Elux” şadlıq sarayında baş verib. Toyda iştirak edən 1977-ci il təvəllüdlü Ceyhun Qənbərov, yemək və içki sonrası təxminən saat 23:00 radələrində çöldə Rauf adlı zərərçəkmişə baxdığını görüb. İçkili vəziyyətdə olan Ceyhun yüksək səslə Raufdan nə üçün ona baxdığını soruşub. Rauf baxmadığını bildirib. Bununla da Ceyhun onun üzərinə gedərək bir dəfə yumruqla sifətinə zərbə vurub. Nəticədə zərərçəkmişin sağ gözaltı nahiyəsində qançır, sağ gözün ağlı qişasında qansızma və digər yüngül xəsarətlər yaranıb. Hadisə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə qiymətləndirilib. Məhkəmə Ceyhunu təqsirli bilib və 1200 manat məbləğində cərimə cəzasına məhkum edib.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












