Bakıda taksi sürücüsü gedişhaqqına görə sərnişini döydü

Bakıda taksi sürücüsü gedişhaqqına görə sərnişini döyüb.
Avtosfer.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
24 yaşlı Fərdi Hümbətovun (ad və soyad şərtidir) taksi kimi idarə etdiyi “Toyota” markalı avtomobilə əyləşən sərnişin gedişhaqqını tam ödəməyib. Buna görə də tərəflər arasında mübahisə yaranıb. Bu zaman sərnişin sürücünü söyüb. Bundan hiddətlənə Fərid sərnişinə yumruq və təpiklə zərbələr vurub. Nəticədə zərərçəkənin çənəsi əzilərək, şişib.
Bu hərəkətinə görə, Fərid Hümbətov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi açılıb. İstintaq zamanı zərərçəkən Fəridi bağışladığını və ona dəymiş ziyanın ödənildiyini bildirərək, cinayət işinə xitam verilməsini xahiş edib.
Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə Fərid Hümbətov barəsində açılan cinayət işinə xitam verilib.(lent.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












