Bakıda tapança ilə gəzən şəxs həbs edilib: "Bu mənim hobbimdir..."

Bakıda "tapança gəzdirmək mənim hobbimdir” deyən şəxs həbs edilib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş B.V. barəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə açılmış cinayət işinə məhkəmədə baxılıb. Məlum olub ki, B.V. Rusiyanın Tula silah zavodunda 1944-cü ildə istehsal olunmuş tapança, bir ədəd darağı və onun içərisində olan iki ədəd patronu üzərində gəzdirib. O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmədə ifadə verən B.V. özünü təqsirli bilərək deyib ki, silahlara marağı var, buna görə də silahların bəzi növlərini tanıyır və bundan böyük zövq alır. Maraq göstərdiyi silahlardan biri də tapançadır. 4 iyun 2025-ci il tarixdə Müşfiqabad qəsəbəsində zibil qutusunun yanından keçən zaman orada bir ədəd tapançanın olduğunu görüb. Silahlara marağı olduğu üçün həmin tapançanı, darağını və patronları götürərək üzərində saxlayıb. Lakin tapançadan istifadə etməyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












