Bakıda "X5"dən 16 min manat oğrulanıb

Xətai rayonu Sabir Orucov küçəsində park edilmiş "BMW X5” markalı avtmobildən oğurluq olub. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, avtomobildən 9900 ABŞ dolları (16 830 manat) oğurlanıb. Avtomobilin sahibi hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Əvvəllər də oğurluğa görə məhkum edilmiş Murad Sadıqova (şərti) Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham elan edilib və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Cinayət işinə Xətai Rayon Məhkəməsində Fuad Axundovun sədrliyi ilə baxılıb. Murad Sadıqov məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlini maddi imkansızlıqla izah edib. Məhkəmənin hökmü ilə ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Həmçinin onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə Qaradağ Rayon Məhkəməsinin qərarı ləğv edilib və çəkilməmiş 1 il 5 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki cəza ilə qismən toplanılaraq, ona qəti olaraq 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












