Balıq tutmağa gedənlər torpaq uçqununa düşdü - Ölən var - YENİLƏNİB

Abşeron rayonunun Qobustan kəndində torpaq uçqunu zamanı həlak olan, 1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov sahibkar imiş.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, əslən Qazax rayonundan olan R.Əhmədov bir neçə ildir ki, Qobustan kəndinə köçüb və kəndin kənarında fermer təsərrüfatı yaradıb. Həmin vaxtdan etibarən o, ailəsi ilə birlikdə kənddə yaşayıb.
R.Əhmədov boş vaxtlarında kənd ərazisindəki çayın məcrasında yaradılan göldə balıq tuturmuş. Avqustun 19-da axşam saatlarında dostları ilə birlikdə yenidən həmin əraziyə balıq tutmaq üçün gedən R.Əhmədov balıq tutarkən qəfil torpaq uçqunu baş verib. Hadisə nəticəsində o, uçqun altında qalaraq həyatını itirib.
Məlumata görə, R.Əhmədovun iki azyaşlı övladı qalıb.
***13:41
Abşeron rayonunun Qobustan kəndində ölümlə nəticələnən torpaq uçqununun təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə avqustun 19-da axşam saat 18 radələrində baş verib. Abşeron rayonunun Qobustan kənd sakinləri olan 1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov, 1990-cı il təvəllüdlü Niyaməddin Şayəddin oğlu Osmanov və onların Abşeron rayonu, Saray qəsəbəsindən olan tanışları kəndin yaxınlığındakı Təzəkənd gölü adlanan əraziyə balıq tutmaq üçün gediblər.
Hadisə vaxtı R.Əhmədov və N.Osmanov eyni ərazidə, Saray qəsəbəsindən olan tanışları isə onlardan təxminən 15 metr aralıda dayanıb, hər üçü balıq tutmağa başlayıb. Təxminən yarım saatdan sonra gölün kənarındakı kiçik qaya parçasında uçqun olub və daş parçası torpaqla birlikdə N.Osmanovla R.Əhmədovun üzərinə tökülüb. Hadisə nəticəsində hər iki şəxs uçqunun altında qalıb.
Onlarla birlikdə balığa gələn üçüncü şəxs dərhal hadisə barədə kənd sakinlərinə məlumat verib və torpaq altında qalan şəxslərin çıxarılmasına başlanılıb. Hadisə nəticəsində N.Osmanov sağ çıxarılsa da, R.Əhmədoun həyatını xilas etmək mümkün olmayıb.
Onun meyiti kənd sakinləri tərəfindən çıxarılaraq ailəsinə təhvil verilib.
***12:30
Kliniki Tibbi Mərkəz Qobustanda torpaq uçqunu zamanı xəsarət alan balıqçının vəziyyətini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, mərkəzdən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 19-da bir nəfər (kişi cinsli) müxtəlif növ xəsarətlərlə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1990-cı il təvəllüdlü şəxsə hər iki qabırğanın fəsadlaşmamış yerdəyişmiş sınığı, burun və almacıq sümüyünün sınığı, aşağı ətrafların zədələnməsi diaqnozu təyin olunub.
Zəruri ilkin tibbi yardım göstərilən şəxsin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
***10:18
Qobustanda bir nəfər bədbəxt hadisə nəticəsində ölüb.
Avtosfer.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Rəşad Əhmədov çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidə torpaq uçqunu nəticəsində ölüb.
Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Osmanov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO











