Bələdiyyə sədrinə "stop" qoyuldu

Daşkəsən bələdiyyəsinin sədri Alıyev Etibar İlyas oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, bələdiyyənin İqtisadiyyat Nazirliyi Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə 34.393,54 manat vergi borcu yaranıb. Borc ödənilmədiyi üçün idarə tərəfindən məhkəməyə müraciət edilib. 1958-ci il təvəllüdlü Etibar Alıyev məhkəmədə bildirib ki, hazırda ödənilməsi tələb edilən borclar ona qədər yaranmış borcdur. Əvvəllər ayrılıqda fəaliyyət göstərən 5 bələdiyyə şəhər bələdiyyəsinə birləşib. Həmin bələdiyyələrin borcu da şəhər bələdiyyəsinə ötürülüb. Hazırda tələb edilən borc 34.393,54 manatdır. Sədr qeyd edilib ki, həmin borcu birdəfəyə ödəmək iqtidarında deyil. Lakin hissə-hissə ödənişlər edəcək. O, zəruri hallarda ölkədən kənar çıxır. Odur ki, qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və ona məhdudiyyət tətbiq edilməməsini xahiş edib. Bələdiyyə sədrinin xahişi nəzərə alınmayıb və məhkəmənin hökmü ilə Etibar Alıyevın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












